Şəki sakini Bakıda qəza törətdi:  Piyada öldü, sürücü qaçdı
12 yanvar 2022 14:40 (UTC +04:00)

Şəki sakini Bakıda qəza törətdi: Piyada öldü, sürücü qaçdı

1

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə yanvarın 10-da saat 18 radələrində Nərimanov rayonunun Baksol yolunda qeydə alınıb. Müəyyən edilməyən avtomobillə yolu keçən Lənkəran rayon sakini Fəzail İbrahimov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Daf” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin avtomobilin sürücüsü, Şəki rayon sakini R.Məmmədov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1689

Oxşar yazılar