Şəhərin mərkəzində deputatı döydülər - FOTO
15 iyul 2023 19:40 (UTC +04:00)

Şəhərin mərkəzində deputatı döydülər - FOTO

0

Sankt-Peterburqda Nevski prospektində bələdiyyə deputatı rezin çubuqla döyülüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, buna səbəb iyulun 14-də saat 14 radələrində Duma qülləsi yaxınlığında baş verən yol qəzası olub. Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi bildirib ki, münaqişə barədə “112” nömrəsinə zəng edən qadın məlumat verib.

Bildirilir ki, hadisə yerinə Rusiya Qvardiyasının dəstəsi gəlib və polisin köməyi ilə Aviakonstruktorov prospektinin 22 yaşlı sakini saxlanılıb. Zərərçəkmiş Mariinski xəstəxanasına göndərilib - ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub. Tibbi yardım göstərildikdən sonra deputatın vəziyyəti qənaətbəxşdir. Hücum edən şəxs xuliqanlıqda ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3229

Oxşar yazılar