“Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alındı-YENİLƏNİB -VİDEO
24 avqust 2025 15:46 (UTC +04:00)

“Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alındı-YENİLƏNİB-VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

saat 13.56

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

FHN Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

***

saat 13.35

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN Mətbuat xidmətindən Lent.az-a  verilən xəbərə görə, fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

***

saat 13.30

Xəbərə video əlavə edilib.

***

saat 13.20

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

saat 12.40

Xəbər verildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də qüvvələr tərəfindən ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.

***

saat 12.35

Xəbərə video əlavə edilib. 

***

saat 12.15

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

***

saat 12.12

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

 

“Sədərək” ticarət mərkəzində yanğın

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2050

Oxşar yazılar

Abşeronda uşaq binadan yıxılaraq öldü

Abşeronda uşaq binadan yıxılaraq öldü

24 avqust 2025 , 18:59
Pirsaat çayında 3 nəfər batdı

Pirsaat çayında 3 nəfər batdı

24 avqust 2025 , 18:39
Qırmızı Bazarda yanğın törədən saxlanıldı

Qırmızı Bazarda yanğın törədən saxlanıldı

24 avqust 2025 , 18:34
Atomobili kanala düşdü-VİDEO

Atomobili kanala düşdü-VİDEO

24 avqust 2025 , 16:33
Yanğına baxan sürücülər tıxac yaradır-FOTO

Yanğına baxan sürücülər tıxac yaradır-FOTO

24 avqust 2025 , 12:53
Lənkərana qonaq gələn qadın faciəvi şəkildə öldü

Lənkərana qonaq gələn qadın faciəvi şəkildə öldü

24 avqust 2025 , 10:52
Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03