ABŞ Kiyevə 3350 ədəd uzaqmənzilli raket  satmağa razılıq verdi
24 avqust 2025 05:35 (UTC +04:00)

ABŞ Kiyevə 3350 ədəd uzaqmənzilli raket satmağa razılıq verdi

Donald Trampın administrasiyası Ukraynaya 3350 ədəd uzaqmənzilli, idarəolunan ERAM raketlərinin satışını təsdiqləyib.

Lent.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Müqavilənin dəyəri 850 milyon dollar təşkil edir. Raketlərin Ukrayna Silahlı Qüvvələrinin ixtiyarına altı həftə ərzində çatdırılacağı bildirilir.

Xərclərin böyük hissəsini Ukraynanın avropalı müttəfiqləri öz üzərinə götürüb. Tədarük yalnız raketlərlə məhdudlaşmır, həm də digər hərbi təyinatlı avadanlıqları əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar