Rumıniya dağlarında faciə
24 avqust 2025 12:05 (UTC +04:00)

Rumıniya dağlarında faciə

0

Rumıniyanın dağlıq ərazilərində son 24 saat ərzində baş verən hadisələr zamanı  azı 4 nəfər həyatını itirib, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Rumıniya Dağ-Xilasetmə Xidməti (Salvamont) məlumat yayıb.

Son sutkada təcili yardım üçün 25 müraciət daxil olub, ümumilikdə 35 nəfər xilas olunub. Onlardan 7 nəfər təcili yardım avtomobilləri ilə xəstəxanalara çatdırılıb, daha 4 nəfər isə helikopterlərlə xəstəxanalara təxliyə edilib. 4 nəfərin isə meyiti tapılıb.

Ölüm hallarının səbəbləri barədə əlavə açıqlama verilməyib.

 

Ən çox müraciət şimal bölgələrindən gəlib

 

Müraciətlərin əksəriyyəti ölkənin şimalında yerləşən Kluj və Maramureş bölgələrindən daxil olub. Bundan başqa, Sibiu, Braşov, Alba, Prahova, Nyamts, Suçava, Argeş və Mexedints bölgələrindən də yardım çağırışları qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2077

Oxşar yazılar