Ağdamda yanğın törədən saxlanıldı
23 avqust 2025 18:23 (UTC +04:00)

Ağdamda yanğın törədən saxlanıldı

0

Avqust ayının 23-də Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb.

Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2076

Oxşar yazılar