“Sədərək”-də yanğında 12 nəfər tüstüdən zəhərləndi-YENİLƏNİB
24 avqust 2025 19:48 (UTC +04:00)

“Sədərək”-də yanğında 12 nəfər tüstüdən zəhərləndi-YENİLƏNİB

Təcili tibbi yardım briqadasına ümumilikdə, 12 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

Lent.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra  Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Digər 9 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

***

saat 16.06

“Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

Lent.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.

Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar