Lavrov şərti açıqladı
24 avqust 2025 18:16 (UTC +04:00)

Lavrov şərti açıqladı

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü Alyaskada müzakirə olunmayıb.

Lent.az-ın xəbərinə görə, bunu Rusiya xarci işlər naziri Sergey Lavrov “NBC News”-a müsahibəsində ABŞ Prezidenti Donald Trampla Vladimir Putin arasında keçirilən görüş barədə sualı cavablandırarkən bildirib.

Sergey Lavrov deyib ki, bu mövzu sonradan, bədahətən qaldırılıb: “Telefon danışığında Vladimir Putin Donald Trampa açıq şəkildə bildirib ki, Moskva Kiyevlə İstanbulda başlayan birbaşa danışıqları davam etdirməyə hazırdır. Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda görüşüblər və görüşəcəklər. Volodimir Zelenski Vladimir Putinlə görüşünün prioritetindən danışarkən "məzmuna əhəmiyyət vermədən oynayır". Rusiya Putin və Zelenskinin diqqətinə çatdırılmalı olan məsələləri müzakirə etmək üçün İstanbulda nümayəndə heyətlərinin səviyyəsinin artırılmasını təklif etdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344

Oxşar yazılar