Moskvada “Uşaq aləmi”ndə partlayış-Ölən və yaralananlar var  -VİDEO
24 avqust 2025 14:16 (UTC +04:00)

Moskvada “Uşaq aləmi”ndə partlayış-Ölən və yaralananlar var -VİDEO

0

Moskvada mərkəzində Lubyanka meydanında yerləşən Mərkəzi Uşaq Mağazasında (“Detskiy mir”) partlayış baş verib.

Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, azı üç nəfər yaralanıb.

 

Səbəb qaz balonunun partlamasıdır

 

Fövqəladə xidmətlərin məlumatına əsasən, partlayışa binanın bir mərtəbəsində şarların doldurulması üçün istifadə edilən qaz balonunda sızma səbəb olub. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Partlayışdan sonra ticarət mərkəzindən ziyarətçilər və işçilər təxliyə olunub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2696

Oxşar yazılar