Beyləqan sakini ot tayasından  yıxılıb öldü
23 avqust 2025 22:11 (UTC +04:00)

Beyləqan sakini ot tayasından yıxılıb öldü

0

Gəncədə 64 yaşlı kişi xəstəxanada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, ölən şəxs Beyləqan rayon sakini, 64 yaşlı H.Hüseynovdur.

Qeyd olunur ki, bir neçə gün əvvəl H.Hüseynov Beyləqan rayonunun İkinci Aşıqlı kəndində öz həyətində ot tayasından yıxılıb.

Əvvəlcə o, Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olduğundan isə Gəncədəki xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2448

Oxşar yazılar