Samuxda 14 yaşlı qız Kür çayında boğularaq ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə çayın Yeni Kənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 2009-ci il təvəllüdlü Aysel Akif qızı Süleymanova çayda çimərkən batıb.
Onun meyiti çaydan çıxarılaraq adiyyyatı üzrə təhvil verilib.
Məlumata görə, yeniyetmə qız Kür qırağında ailəsi ilə birlikdə istirahət edirdi.
Faktla bağlı araşdırma aparılır.