Salyanda kişini cərəyan vuraraq öldürüb.
Daxili İşlər Nazirliyindən Lent.a-za verilən xəbərə görə, iyulun 14-də günorta saatlarında rayonun Aşağı Kürkənd kənd sakini, Salyan rayonu Elektrik Şəbəkəsində fəhlə işləyən Elnur Kazımov Şorsulu kəndi ərazisində işləyən zaman cərəyan vurması nəticəsində vəfat edib. Bu barədə Salyan rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.
Faktla bağlı araşdırmalar aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, 48 yaşlı Elnur Kazımovun cərəyan vurması nəticəsində ölməsi faķtı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, ehtiyatsızlıqdan zərərcəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.