Salyanda bələdiyyə sədri zibilxanaya görə 3000 manat  cərimələndi
29 iyun 2023 17:27 (UTC +04:00)

Salyanda bələdiyyə sədri zibilxanaya görə 3000 manat cərimələndi

0

Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Lent.az-a bildirib ki, Qaraçala qəsəbə ərazisində tullantıların qanunvericiliyə uyğun idarə olunmamasına görə qəsəbə bələdiyyəsinin sədri Elnur Əhmədov barəsində akt tərtib edilib və nöqsanların aradan qaldırılması üçün ona məcburi göstəriş verilib:

"Məcburi göstərişin icra vəziyyəti yoxlanılarkən tələblərə əməl edilmədiyi müəyyən edilib və bələdiyyə sədri barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2756

Oxşar yazılar