Salyanda AĞIR QƏZA:  Üç nəfər öldü   - YENİLƏNİB
04 iyul 2023 01:19 (UTC +04:00)

Salyanda AĞIR QƏZA: Üç nəfər öldü - YENİLƏNİB

3

Salyanda yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

Lent.az xəbər verir ki, ölənlər Lənkəran rayon sakinləri, 57 yaşlı  Fərziyyev Məhərrəm Balaxanı oğlu, onun arvadı Fərziyeva Xanim Həmid qızı və qardaşı  Fərziyev  İlqar Balaxanı oğludur. 
 

*** 

00.07

Salyan rayonunda  ağır qəza baş verib.

Lent.az xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Marışlı kəndindən keçən hissəsində (Yolüstü restoranəndan 2 km Bakıya tərəf ) 99 NA 636 dövlət nömrə nişanlı VAZ-2105 markalı maşının su kanalına aşması nəticəsində hadisə yerində 3 nəfər - 1 qadın, 2 kişi dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Maşın Yardımlı sakini Əhədov Rəhman Şəkur oğluna məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 8391

Oxşar yazılar