Oktyabrın 20-də paytaxtın Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Şamil Nəbiyevə kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lent.az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, hadisə Sabunçu rayonu 2 aprel küçəsində baş verib. Yaralı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.