Şabran rayonu ərazisində avtomobil qəzası baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, qəza zamanı 4 nəfər paytaxt sakini - Nəzrin Həsənova, Həsənli Yusif, Həsənov Vasif və Murad Həsənli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.