Şabranda qanunsuz ovçular saxlanıldı
16 oktyabr 2024 10:14 (UTC +04:00)

Şabranda qanunsuz ovçular saxlanıldı

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Z.Məmmədov və H.İsmayılov saxlanılıblar.

Həmin şəxslərdən 2 ədəd ov silahı, həmin silahlara aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2671

Oxşar yazılar