Şabranda mürəkkəb relyefli ərazidə YANĞIN:  helikopterlər cəlb olundu-YENİLƏNİB
08 iyul 2023 21:27 (UTC +04:00)

Şabranda mürəkkəb relyefli ərazidə YANĞIN: helikopterlər cəlb olundu-YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Lent.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Saat 20:31

Şabran rayonu Təkyə kəndi yaxınlığında, mürəkkəb relyefli ərazidə başlayan yanğın nəzarətə götürülüb.

Lent.az xəbər verir ki, hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

Saat 18:45

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, hadisə ilə əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğının kənd istiqamətində yayılmasının qarşısı alınıb. Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3651

Oxşar yazılar