Şabranda meşə fonduna aid ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Şabran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə, rayonun Qorğan kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən R.Əmrullayev, S.Ağayev, H.Quliyev və Q.İsmiyev saxlanılıblar.
Məlum olub ki, həmin şəxslər meşə massivində yetişən yaş gövdəli fıtıq ağaclarını kəsərək, R.Əmrullayev məxsuz “Zil 131” markalı yük avtomobili ilə daşıyıblar. Onları ərazidə xidmət aparan polis əməkdaşları saxlayaraq rayon Polis Şöbəsinə gətiriblər.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar aparılır.