Sabirabadda kişi kənddəki mağazanı qarət etdi
31 oktyabr 2023 12:30 (UTC +04:00)

Sabirabadda kişi kənddəki mağazanı qarət etdi

0

Sabirabadda mağaza qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 28-nə keçən gecə Qarağac kəndi ərazisində mağazaların birindən 1500 manat dəyərində oğurluq edilib.

Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ü.Mirzəliyev saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3404

Oxşar yazılar