Sabirabad və Saatlıda silsilə oğurluqlar edən tutuldu
29 may 2023 15:07 (UTC +04:00)

Sabirabad və Saatlıda silsilə oğurluqlar edən tutuldu

Sabirabad və Saatlı rayonlarında silsilə oğurluqlar edən tutulub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş E.Abbasovun ətrafında Sabirabad və Saatlı Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən araşdırmalar aparılıb. 

Onun Sabirabad rayonu ərazisində bir bərbərxanadan 2000 manat dəyərində televizor, bərbər ləvazimatları, bir evdən 1800 manat dəyərində məişət əşyaları, Saatlı rayonu ərazisində isə digər bir evdən 600 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.

# 1137
avatar

Oxşar yazılar