Təqaüddə olan polis polkovnik-leytenantı vəfat edib.
Lent.az-ın məlumatına görə, 74 yaşlı İdayəddin Həsənov qəflətən dünyasını dəyişib.
O, yanvarın 13-də doğulduğu Zərdab rayon Dəli Quşçu kəndində dəfn edilib.
Qeyd edək ki, İ. Həsənov 1991-1993-cü illərdə Respublika Daxili İşlər Naziriliyində şöbə rəisi, 1993-1994-cü illərdə Göyçay Rayon Polis Şöbəsinin rəisi, 1994-1999-cu illərdə Şamaxı Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib. 1999-cu ildən DİN-dən təqaüdə buraxılıb.
İdayəddin Həsənov