Sabiq icra başçısının məhkəməsində hakim qərar verdi: "Məcburi gətirilsinlər..."
22 aprel 2022 11:49 (UTC +04:00)

Sabiq icra başçısının məhkəməsində hakim qərar verdi: "Məcburi gətirilsinlər..."

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə
bildirilib ki, iş üzrə 17 şahid məhkəməyə çağırılsa da, həmin şəxslər prosesdən yayınır. 

Hakim bildirib ki, həmin şəxslərin prosesə gəlməsi üçün rəsmi bildirişlər göndərilib, lakin onlar prosesə gəlməyiblər. 

Məhkəmə şahidlərin prosesə məcburi gətirilməsi barədə qərar çıxarıb. 

İş üzrə məhkəmə prosesi aprelin 25-nə təyin edilib. 

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2160
avatar

Fidan İlqar

Oxşar yazılar