Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.
Lent.az xəbər verir ki, hadisə rayonun Qırağlı kəndində baş verib. 48 yaşlı İsgəndərov Niyaməddin Aslan oğlu idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun hərəkət hissəsində sərxoş halda uzanan Əliyev Ədalət Bəykişi oğlunun başından keçib. Nəticədə yaralı xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.