Rüşvət alan polis idarəsinin rəis müavininə cinayət işi AÇILDI
24 oktyabr 2024 15:00 (UTC +04:00)

Rüşvət alan polis idarəsinin rəis müavininə cinayət işi AÇILDI

Rusiyanın Sverdlovsk vilayətində müstəntiqlər miqrantdan rüşvət alan Daxili İşlər Nazirliyinin Zareçnı idarəsinin rəis müavininə qarşı ittiham irəli sürüblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, polis Cinayət Məcəlləsinin 290-cı maddəsi ilə (“Qanunsuz hərəkətlərə (hərəkətsizlik) görə rüşvət alma”) ittiham olunur. Maksimum cəza səkkiz ilə qədər həbsdir.

İstintaqın məlumatına görə, sentyabr ayında bir qadın miqrasiya qanunlarını pozaraq rayona gəlib. O, cinayət məsuliyyətinə cəlb olunmamaqdan ötrü polis idarəsinin rəis müavininə pul verib. Məlumata görə, rüşvət 100 min rubl miqdarında olub.

Daxili İşlər Nazirliyinin regional qərargahının rəhbərliyi daxili auditin aparılması barədə göstəriş verib. Fakt təsdiqlənərsə, əməkdaş daxili işlər orqanlarından işdən çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2340
avatar

Oxşar yazılar