Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində rusları təhqir etməkdə ittiham olunan 30 yaşlı yerli sakinə qarşı cinayət işi başa çatıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, hadisə Surqutda baş verib. Söhbət əslən azərbaycanlı Raya Məmmədovadan gedir. Sakinlərdən birinin həyətdə xuliqanlıq edən uşaqları videoya çəkməsindən sonra o, qonşularla münaqişəyə başlayıb. Belə ki, kişinin ona övladına tərbiyə ilə bağlı məsləhət verməsi qadının xoşuna gəlməyib. O, etnik mənsubiyyətə diqqət yetirərək qonşusunu təhdid etməyə və onu milli zəmində təhqir etməyə başlayıb.
Onun barəsində “Milli mənsubiyyətə görə nifrət və ya düşmənçiliyin salınması, habelə insan ləyaqətinin alçaldılması” maddəsi ilə cinayət işi başlanıb. Qadın günahını boynuna alıb və əməlindən peşman olub.
Materiallar mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.