Perm Dövlət Milli Araşdırma Universitetində atışma təşkil edən Timur Bekmansurovun xəstəxanadan bir şəkili yayılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, çoxsaylı əməliyyatlardan sonra sağalıb. Tezliklə Bekmansurov reanimasiyadan adi şöbəyə köçürüləcək və burada müstəntiqlər onu sorğu-sual edə biləcəklər.
Tibb işçiləri onun vəziyyətində müsbət tendensiya olduğunu qeyd etdilər.
Qeyd edək ki, bu dəhşətli hadisə sentyabrın 20-də baş verib. Nəticədə 6 nəfər ölüb, 40-dan adam yaralanıb. O, saxlanılan zaman ağır yaralanıb.