Rusiyada səfərbər olunanlardan biri  YUXUDA ÖLDÜ
03 oktyabr 2022 19:40 (UTC +04:00)

Rusiyada səfərbər olunanlardan biri YUXUDA ÖLDÜ

Səfərbər olunanlardan biri Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbində ölüb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bunu regionun insan hüquqları üzrə müvəkkili Nina Şalabayeva deyib.

Ombudsmanın sözlərinə görə, rusiyalının hərbi hissədə ölməsi yuxuda baş verib. “Hazırda məktəbdə müvafiq səlahiyyətli orqanlar işləyir. Biz bu ölümün səbəbini aydınlaşdırmalıyıq”, - Şalabayeva bildirib.


Şələyeva qeyd edib ki, səfərbər olan mərhumun neçə yaşında olduğunu bilmir. Novosibirsk qarnizonu üzrə hərbi istintaq idarəsində növbətçi zabit cavab verib ki, onlara jurnalistlərə heç bir şərh verməmək tapşırılıb. Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə də sorğu göndərilib.

Bundan əvvəl “Vaza” nəşri məlumat vermişdi ki, səfərbər olanlardan biri Sverdlovsk vilayətində intihar edib.


 

# 2415
avatar

Oxşar yazılar