Kazanda hüquq-mühafizə orqanlarının əməkdaşları hərbi komissarlığı yandırmağa cəhd edən 11-ci sinif şagirdini saxlayıblar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, oktyabrın 3-nə keçən gecə məktəbli qız Sovet rayonunun hərbi komissarlığının binasına gəlib. O, özü ilə üç ədəd “Molotov kokteyli” götürüb. Qız onlardan ikisini çağırış taxtasına tərəf atıb, ancaq otları yandıra bilib.
Saxalnılan zaman qızdan sonuncu “Molotov kokteyli” götürülüb. İndi qız polis bölməsindədir.