Rusiyada evlənən azərbaycanlıya cinayət işi açıldı
01 fevral 2024 12:34 (UTC +04:00)

Rusiyada evlənən azərbaycanlıya cinayət işi açıldı

0

Rusiyada evlənən azərbaycanlı məhkəməyə verilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Rusiyanın Kovrov şəhər prokurorluğu ötən il avqustun 19-da Kovrovda yerli sakinin Azərbaycan vətəndaşı ilə nikaha girdiyini müəyyənləşdirib.

Prokurorlar nikahın pozulmasını tələb edirlər. Onlar göstərirlər ki, nikah uydurmadır və əcnəbi tərəfindən Rusiya vətəndaşlığını almaq məqsədi ilə bağlanıb. 

Bundan əlavə, qondarma ər-arvadın xahişi ilə onların ortaq dostu azərbaycanlını Kovrovda yaşadığı yerdə qeydiyyata alıb. Əcnəbinin özü orada yaşamağı planlaşdırmayıb.

Nikahın etibarsız sayılması ilə bağlı məhkəmədə iddia qaldırılıb, cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4367

Oxşar yazılar