Rusiyanın Sankt-Peterburq şəhərində avtoservislərin birində Azərbaycan vətəndaşının meyiti tapılıb.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, hadisə yerinə gələn təcili tibbi yardıma məlum olub ki, bir qədər aralıdakı boksda avtoservisin çilingəri də ölmüş haldadır.
İlkin araşdırmalar zamanı onun 44 yaşlı azərbaycanlı taksi sürücüsü olduğu məlum olub.
Onların hər ikisi dəm qazından dünyasını dəyişib.