Bakı-Quba-Dağıstan sərhəddi yolunda qəza baş verib.
Lent.az-ın məlumatına görə, 45 yaşlı Rusiya vətəndaşı Temur Alik oğlu Gadzhiev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə qəza törədib.
Onun maşını eyni istiqamətdə hərəkətdə olan 64 yaşlı Məhəmməd Kamran oğlu Mahmudov idarə etdiyi “Zoomlion” markalı xüsusi təyinatlı avtomobilin arxa hissəsi ilə toqquşub.
Nəticədə sürücü Gadzhiev Temur və avtomobildə olan 34 yaşlı sərnişin Mahirə Mahir qızı Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
Qeyd edək ki, Rusiya vətəndaşı Temur Gadzhiev müvəqqəti olaraq Goranboy rayonu Nizami kəndində qeydiyyatdadır.
Faktla bağlı araşdırma aparılır.