Zaqatala rayonu, Aşağı Tala kəndində tövlə yanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları hadisənin baş verdiyi yerə baxış keçirib, FHN-in əməkdaşları yanğını söndürüb və xəsarət alan olmayıb.
İlkin araşdırmanın nəticələrinə əsasən yanğını törədən şəxsin ev sahibinin oğlu, qeydiyyatda olan ruhi-əsəb xəstəsi E.Abdullayev olduğu müəyyən edilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.