Restoranda kütləvi dava: bıçaqlananlar var
08 iyul 2023 02:49 (UTC +04:00)

Restoranda kütləvi dava: bıçaqlananlar var

0

Bakının Binəqədi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə 7-ci mikrorayonda qeydə alınıb.

Belə ki, iaşə obyektində müştərilər arasında dava düşüb. Dava zamanı 1987-ci il təvəllüdlü Rəfiyev Samir Xıdır oğlu və 1986-ci il təvəllüdlü Cəfərov Müşfiq Kamran oğlu bədənin müxtəlif nahiyələrindən bıçaqlanıb.

Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2685

Oxşar yazılar