Rəis həftə sonu işləməkdən imtina edən işçini güllələdi 
28 dekabr 2020 18:31 (UTC +04:00)

Rəis həftə sonu işləməkdən imtina edən işçini güllələdi 

0

Moskvada şirkət rəhbəri tabeliyində olan şəxsi istirahət günü işləməyi rədd etdiyi üçün qaz tapançası ilə vurub.

Lent.az  Rusiya KİV-nə istinadla bildirir ki, gecə növbəsi bitdikdən sonra şirkət rəhbəri tabeliyində olan şəxsdən səhər də işə çıxmağı tələb edib.

Rədd cavabı aldığına görə əvvəlcə işçini döydü, sonra güllələyib. İşçiyə burun sınığı və gözlərin kimyəvi yanıq diaqnozu qoyulub. O, polisə müraciət edib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2035

Oxşar yazılar