Rayonlarda REYD:  sərxoş maşın sürən və "avtoş" saxlanıldı
07 yanvar 2025 12:57 (UTC +04:00)

Rayonlarda REYD: sərxoş maşın sürən və "avtoş" saxlanıldı

İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib.

Lakin sürücü, rayon sakini Şahin Tağızadə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququnun olmaması müəyyən edilib.

Ş.Tağızadə barəsində protokol tərtib edilib və o, 750 manat məbləğində cərimə olunub.

Bundan başqa, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elzamin Məmmədova “saxla” işarəsi verilib.

Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında, eyni zamanda sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.

E.Məmmədov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Onun sürücülük hüququ 8 ay müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1930

Oxşar yazılar

Tiktoker qardaşların həbs müddəti uzadıldı

Tiktoker qardaşların həbs müddəti uzadıldı

15 aprel 2025 , 16:03
25 yaşlı azərbaycanlı 50 yaşlı   qadını qaçırdı

25 yaşlı azərbaycanlı 50 yaşlı qadını qaçırdı

15 aprel 2025 , 15:46
Tanınmış reper HƏBS EDİLDİ

Tanınmış reper HƏBS EDİLDİ

15 aprel 2025 , 15:23
Ağdamda DƏHŞƏT:  Doğuş zamanı ölən ana dirildi, körpəsini itirdi

Ağdamda DƏHŞƏT: Doğuş zamanı ölən ana dirildi, körpəsini itirdi

15 aprel 2025 , 14:53
Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 aprel 2025 , 14:22
Məhkəmə Azər Zahidlə bağlı qərar verdi

Məhkəmə Azər Zahidlə bağlı qərar verdi

15 aprel 2025 , 13:37
Ayılar tualetə gedən kişini parçaladı

Ayılar tualetə gedən kişini parçaladı

15 aprel 2025 , 13:12
Oğuzda oğurladıqlarını Qəbələdə satdı - VİDEO

Oğuzda oğurladıqlarını Qəbələdə satdı - VİDEO

15 aprel 2025 , 12:20