Masallı rayonu, Ərkivan qəsəbə sakini, 44 yaşlı Qalib Eynulla oğlu Cəbiyev yanvarın 3-də səhər saatlarında yaşadığı evdən gedib və geri qayıtmayıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Qalib Cəbiyev orta boylu, arıq bədən quruluşlu, gözləri qara rəngdədir. Evdən çıxanda başında qara papaq, əynində göy rəngli cins şalvar və qara rəngli gödəkçə olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
İtkin düşən Qalib Eynulla oğlu Cəbiyev