Qusarda 5 tüfəng, 1 "Kalaşnikov" tapıldı - FOTO
18 noyabr 2023 14:25 (UTC +04:00)

Qusarda 5 tüfəng, 1 "Kalaşnikov" tapıldı - FOTO

Qusarda polis sənədsiz silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Qusar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd müxtəlif markalı sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində  1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Qusar RPŞ-də müvafiq araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4123

Oxşar yazılar