Moskvada naməlum şəxs əlində qumbara ilə poliklinika binasına girib.
Lent.az R usiya KİV-ə istinadla bildirir ki, naməlum şəxs Perervinski bulvarında yerləşən 9 saylı şəhər poliklinikasının binasına daxil olub. Tibb müəssisəsinə gələnlər bir nəfərin əlində qumbara tutduğunu görüb qorxublar.
Hadisə yerinə gələn polislər onu saxlayıblar. Araşdırma aparılır.