Qubadlıda hərbçimiz özünü GÜLLƏLƏDİ   - YENİLƏNİB
10 iyun 2023 14:55 (UTC +04:00)

Qubadlıda hərbçimiz özünü GÜLLƏLƏDİ - YENİLƏNİB

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Rahil Rahib oğlu Əhmədovun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Lent.az-a Qubadlı Hərbi Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

***
Saat: 13:34

Qubadlıda hərbi qulluqçumuz həlak olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Muradxanlı kəndi ərazisində baş verib. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu (MAXE) 23 yaşlı Əhmədov Rahil Rahib oğlu ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Rahil Əhmədovun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilərək dəfn ediləcək.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3840
avatar

Oxşar yazılar