Yardımlıda evdən külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Yardımlı rayonu ərazisindəki evlərdən birindən 30 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub
Yardımlı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Samir Böyükxanlı müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qonşusu olan həmin şəxs ev sahibinin olmadığını bildiyi üçün gecə saatlarında həmin ünvana daxil olub. Oğurladığı qızıl-zinət əşyalarının bir qismi S.Böyükxanlıdan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.