Goranboyda qonşusunu evindən oğurluq edən şəxs saxlanılıb
DİN mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Baxçakürd kənd sakini ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.
RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini Elşən Həsənov olduğu müəyyən edilib. Aparılan araşdırmalarla şübhəli şəxsin vətəndaşa məxsus evdən ümumi dəyəri 12.000 manat olan xalça, qab-qacaq və digər məişət əşyalarını oğurladığı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
