Bud nahiyəsindən güllə yarası alan şəxs xəstəxanada dünyasını dəyişib.
Lent.az APA-ys istinadla xəbər verir ki, sağ bud nahiyyəsinin 3/1-nin güllə yarası diaqnozu ilə Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxs xəstəxanada həkimlərin səyinə baxmayaraq ölüb.
Ötən gecə Kliniki Tibbi Mərkəzə qəbul edilən Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərov aldığı güllə xəsarətindən ölüb. O, əməliyyat olunmadan əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, sentyabr ayının 19-u axşam saatlarında Ə.Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlib. Sonuncular şəxsi mübahisə edən zaman ev sahibi özünə məxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Ə.Salmanova atəş açarkən Ə.Ələsgərovu yaralayıb.
Keçirilən təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.