Abşeronda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə mayın 25-də saat 3 radələrində Qobu qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini R.Kotusenko idarə etdiyi “Toyota” markalı avtomobili elektrik dirəyinə vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sərnişini olan 9 yaşlı oğlu A.Fətullayev orada ölüb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.