Rusiyanın Transbaykaliya vilayətinin Ulan-Ude şəhərindəki gecə klublarından birində 6 qız pulsuz alkoqoldan zəhərlənib.
Lent.az yerli mediaya istinadla bildirir ki, gecə klubu 8 Mart bayramını qeyd edib. Müəssisə qonaqlara pulsuz içkilər təqdim etdi. Lakin 6 qız normadan artıq spirtli içki qəbul etdiyi üçün zəhərlənib. Onlar gecənin qalan hissəsini tibb müəssisəsində keçiriblər.
Məlumata görə, qızlara ilkin tibbi yardım göstərildikdən sonra onlar evə göndərilib. Müayinədən sonra zərərçəkənlər özlərini normal hiss ediblər.