Anası tərəfindən öldürülən Zeynəb Vural
19 may 2021 20:36 (UTC +04:00)

Anası tərəfindən öldürülən Zeynəb Vural

Qızını öldürən anadan ETİRAF: Başına sellofan keçirib ovcundan öpdüm”

“Qızımı öldürdüm. İndi evdədir. Həyat yoldaşım və oğlum da evdədir. Lakin onların bu hadisə ilə əlaqəsi yoxdur ”.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu sözləri dünən günorta saatlarında İzmir Buca Polis Şöbəsinə gedən Ayşə Vural söyləyib.

Bu etirafdan sonra hadisə baş verən ünvana gedən polislər 29 yaşlı Zeynəb Vuralın cansız bədənini yatağında tapıb. Ayşə Vural oğlu və həyat yoldaşının bu işdə günahı olmadığını bildirsə də, hər ikisi  nəzarətə alınıb.

Polis bölməsindəki ifadəsində Ayşə Vural qan donduran hadisənin təfərrüatlarını danışıb.

Anası tərəfindən öldürülən Zeynəb Vural

“Qızım hadisə günü səhər tezdən yuxudan qalxdı. Qəhvə içdikdən sonra çölə çıxmağa hazırlaşdı. “Hara gedirsən?” deyə soruşduqda, məni təhqir etməyə, söyməyə başladı. Nə mən, nə də həyat yoldaşım cavab vermədik. Çünki cavab verəndə bizə qarşı şiddət göstərirdi. Əvvəllər bu zorakılığa görə həm polisə, həm də prokurorluğa şikayət etmişik. Çölə çıxan qızım günortadan sonra evə qayıtdı. Kompüter otağına getdi. Bir müddət sonra məndən çox bəyəndiyi noxud yeməyini istədi. Hazırladım. Zeynəb yedikdən sonra qusmağa başladı. Məni kompüter otağına çağırdı. Oyun oynayırdı. Məndən qusmanı təmizləməyimi istədi. Təmizləmək üçün aşağı əyiləndə saçlarımdan tutub sürüməyə başladı. Mən də əlimi onun boynundakı şərfinə atıb dartdım. O, sərt şəkildə yerə yıxıldı”.

Ana deyir ki, hər şeyi əslində özümü qorumaq üçün edib.

“Qızım yerə yıxıldı. Kömək istəmək əvəzinə ayağa qalxdım və otaqda tapdığım sellofan paketi onun başına keçirtdim. Çünki məni öldürəcəyini düşündüm. Öləcəyini düşünmürdüm. Sellofan paketi daha da sıxdım. O anda qızımın ovcundan öpdüm".

Anası tərəfindən öldürülən Zeynəb Vural

Ayşənin sözlərinə görə, evdə baş verənlərdən həyat yoldaşının və oğlunun xəbəri olmayıb:

“Oğlumu çağırdım ki, bacın huşunu itirib, onu yatağına apar. Oğlum Zeynəbi qucağına alıb yatağına qoydu. Oğlum otaqdan çıxandan sonra onun yanında uzandım. Hamı yatandan sonra qızımın paltarını çıxartdım. Bədənini nəm bir parça ilə təmizlədim. Yanına uzanıb səhərə qədər onunla danışdım. Səhər ərim və oğlum üçün səhər yeməyi hazırladım. Onlar yedilər. Mən heç nə yemədim. Sonra ərimə və oğluma Zeynəbi öldürdüyümü bildirdim və evdən "polis bölməsinə gedirəm" deyib çıxdım.

Qızını öldürən ana deyir ki, hadisəyə səbəb qızının narkotik vasitədən istifadə etməsi olub.

“Qızım narkotik vasitə aludəçisi idi. Biz buna çox üzülürdük. Ona nəsə demək istəyəndə, bizi təhqir edib şiddət göstərirdi.  Çox peşmanam və üzülürəm...”

Anası tərəfindən öldürülən Zeynəb Vural

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 86808
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar