Hindistanda qadın çılpaq fotolarını internetdə yayımladığı üçün nişanlısını döyərək öldürüb.
Hadisə Banqalor şəhərində baş verib. Cütlük iki ildir birlikdə idi və toy planlaşdırırdı. Lakin bir gün qız sosial şəbəkələrdə gənc oğlanın yerləşdirdiyi intim fotolarını tapıb. Qız onunla danışdıqdan sonra kişinin onları dostlarına göndərdiyini öyrənib.
Qadın nişanlısından qisas almaq qərarına gəlib - o, onu dostunun evinə dəvət edib, burada onlardan əlavə daha iki kişi də olub. Bir anda dördü də oğlana hücum edərək onu döyməyə başlayıblar.
Huşunu itirdikdən sonra qız onu xəstəxanaya aparıb. Lakin həkimlər onu xilas edə bilməyiblər və 4 gün sonra zərərçəkən dünyasını dəyişib.
Dörd şübhəlidən üçü hazırda həbsdədir. Hüquq-mühafizə orqanları cinayətlə bağlı araşdırmaları davam etdirir.