Bakı İstintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rövşən Arif oğlu Qasımovun yanına görüşə gəlmiş qızı Abşeron rayon sakini Cahan Rövşən qızı Qasımova tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman oradakı şalvarın yan cibində gizlədilmiş şəffaf sellofan bükülüdə ümumi çəkisi 0,137 qram psixotrop maddə - metamfetamin (patı) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.