Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Ziyətxan Cəfərov məhkəməyə verilib.
Lent.az-ın məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə xüsusi ittiham qaydasında Binəqədi rayon Məhkəməsinə şikayət edilib. Şikayətçi “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin sədri İlham Abbasovdur.
Həmçinin Z. Cəfərov da (əsərlərində Nəbibəyli kimi) həmin QHT-nin idarə heyətinin sədridir.
Məlumata görə, Ziyətxan Cəfərov üç xarici dövlətin akademiki, altı xarici universitetin fəxri professoru və 78 kitab müəllifidir. Həmin kitablar yazıçının Ziyətxan Nəbibəyli imzası ilə çap olunub.