Qəzaya düşən sürücü 8 gün sonra vəfat etdi-FOTO
19 may 2023 00:47 (UTC +04:00)

Qəzaya düşən sürücü 8 gün sonra vəfat etdi-FOTO

0

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Ağbulaq kəndində yol-nəqliyyat hadisəsində xəsarət alan sürücü 8 gündən sonra ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə may ayının 10-da qeydə alınıb. 

Belə ki, Babək rayonu Kültəpə kənd sakini, 1985-ci il təvəllüdlü Bağırov Mikayıl Həsən oğlunun idarə etdiyi yük maşını dərədən asmışdı. Ağır bədən xəsarətləri alan sürücü M.Bağırov ilk olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilsə də, sonradan Bakı şəhərinə aparılıb. Lakin burada da onun həyatını xilas etmək mümkün olmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2097

Oxşar yazılar